“Hamını səbrli olmağı xahiş edirəm”

Sabah “Neftçi” konfrans liqasının 3-cü ələməsində evdə “Beşikdaş” klubu ilə qarşılaşacaq.

Allsport.az saytı xəbər verir ki, Bakı komandasının baş məşqçisi Adrian Mutu mətbuat konfransında bunu dedi:

“Türkiyənin ən güclü klublarından birinə qarşı bizi çətin oyun gözləyir. Azarkeşlər əmin olsunlar, meydanda tam qüvvəmizi ortaya qoyacağıq.

Üçgündənbir oynamaq üçün fiziki cəhətdən hazırlıqlı olmalısan. Heyət geniş olanda bunu tənzimləmək olur.

Çalışacağıq ki, hər mövqedə futbolçumuz olsun. Hücumda axsayırıq. Transferlər gecikir. Amma tələsik addım atmaq istəmirik.

Hamını səbrli olmağı xahiş edirəm. Komanda yenidən qurulur. Reallığı nəzərə almaq lazımdır. Sabah “Beşikdaş”a qarşı yaxşı oyun göstərməyə çalışacağıq”.

Həmin kateqoriyadan