“Hamını təəccübləndirəcək futbol nümayiş etdirməliyik”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Avropa konfrans liqasının 2-ci təsnifatında “Soçi”yə qarşı oyunla bağlı suallara cavab verib. Allsport.az saytı xəbər verir ki, o, mətbuat konfransında bunu deyib:

“İki komandanı müqayisə edərkən kiminsə favorit hesab edilməsi olduqca normaldır. Komandamıza inanırıq. Sabah “Soçi”yə qarşı ən yaxşı oyunumuzu göstərməliyik. Heyətdə yaxşı futbol nümayiş etdirə biləcək futbolçular var.

Futbolda hər şey ola bilər. Favorit hesab olummamağımız normaldır. Hamını təəccübləndirəcək futbol nümayiş etdirməliyik. Bundan başqa, keçən mövsüm səfərdə vurulan qol kubokda bizə kömək etdi.

Düşünürəm ki, oyundakı sürət düşə bilər, amma intriqalar qalacaq. Səfər qolunun ləğv olunmasının müsbət və mənfi cəhətləri var”.

Həmin kateqoriyadan