“Hansı mövqelərdə oyunçulara ehtiyac olduğunu bilirik. Hədədimiz qrup mərhələsidir”

“Hansı mövqelərdə oyunçulara ehtiyac olduğunu bilirik. Hədədimiz qrup mərhələsidir”

“Neftçi”nin yeni mövsüm öncəsi açıq məşqi oldu. Allsport.az saytı xəbər verir ki, “Palms sports arena”da təşkil olunan hazırlığını canlı izləmək üçün “Forza Neftçi” azad azarkeş dəstəsi ilə yanaşı, digər tərəfdar qruplar da tribunalarda yer aldılar. Çalışmanın gedişində baş məşqçi Yuri Vernidub, KİV nümayəndələrinı açıqlama verdi:

“Sloveniya təlim-məşqi yaxşı keçdi. İstədiyimiz nəticəni əldə etdik. Yoxlama görüşlərində rəqiblər münasib idi. Bəli, istərdik bütün oyunlarda qələbə qazanaq, amma hazırlıq matçlarının önəmi yükləməlr, çatışmayan cəhətləri görmədir. Hər futbolçuya bərabər şəkildə fürsət verildi. Fikrimcə, istədiyimizə nail ola bildik. Ən önəmlisi, bunları zədəsiz ötdük.

Hələlik heyətə 4 yeni oyunçu qata bilmişik. Komandanı daha gücləndirmək istiqamətində iş gedir. Hansı mövqelərdə oyunçulara ehtiyac olduğunu bilirik. Hədəfdə olan futbolçuların üzərlərində çox, çox iş gedir. Bu yöndə yanlışa yol vermək istəmirik. Komanda güclənəcək. Bunu əminliklə söyləyə bilərəm. Deyərdim ki, komandanın sütunu var. Gələn yeni uşaqlar heyəti gücləndiriblər. Hücum və sağ qanada da futbolçu axtarırıq. Yaxşı olsa, heyərə bir “8” saylı da əlavə edəcəyik.

Söz vermək bir şeydir, ona əməl etmək ayrı şeydir. Əminliklə deyə bilərəm ki, dayanmadan, durmadan çalışıb birlikdə konfrans liqasının qrup mərhələsinə düşmək üçün bütün gücümüzü ortaya qoymuşuq. Anlayıram, bu, asan olmayacaq. Əsas bizim oyundan və püşkdə düşəcək rəqiblərimizdən asılıdır. İlk növbədə, yaxşı çıxış edib “Dinamo Minsk” səddini aşmalıyıq. Onlarda ölkə çempionatı davam edir, bu üzdən daha işləkdilər”.

Kamran HACI

Həmin kateqoriyadan