“Haqlı qələbə qazandıq”

Bu gün “Sumqayıt” premyer liqanın 28-ci turunda evdə “Araz-Naxçıvan”a 1:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “kimyaçılar”ın məşqçisi Mübariz Orucovun bunu deyib:

“İlk hissə tam bizim üstünlüyümüzlə keçdi. Demək olar ki, meydanda bir komanda var idi. Epizodlarımız çox oldu. Onlardan istifadə etsəydik, hesab daha böyük olardı.

Belədə, ikinci hissəni daha rahat oynamaq mümkün idi. Amma vurmadıq deyə, bir az gərginlik yarandı. Oyun bizim üstünlüyümüz şəraitində keçdi, haqlı qələbə qazandıq.

Vacib qələbə idi. Davam edirik. Son mərhələyə girmişik. Artıq bütün oyunlar vacibdir. Bundan sonra hər komanda ilə bir oyun qalıb. Hər görüşə qələbə üçün çıxacağıq”.

Həmin kateqoriyadan