- Baxış sayı: 66
- 22 Sentyabr 2026 23:58
- Baxış sayı: 238
- Sentyabr 17, 2026
- 0

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov premyer liqanın 19-cu turunda səfərdə “Keşlə üzərində qələbədən (1:0) danışıb. Allsport.az saytı xəbər verir ki, o, əlverişsiz hava şəraitində 3 xal qazanmalarından məmnun qalıb.
“Vacib 3 xal qazandıq. Bir az meydança, bir az da hava şəraiti topla lazımı şəkildə oynamağımıza imkan vermirdi. Buna rəğmən, qələbə qazandıq. Futbolçularıma təşəkkür edirəm”.