“Heç bir halda geri çəkilməməliyik”

 “Qarabağ” konfrans liqasının “H” qrupunda son oyunda İsveçrədə “Bazel”ə 0:3 yenilib. Allsport.az saytı xəbər verir ki, baş məşqçimiz Qurban Qurbanov görüşdən oyundan sonra mətbuat konfransında bunu deyib:

“Məğlubiyyətə baxmayaraq, futbolçularımı təbrik edirəm. Qarşımıza qoyulan minimum vəzifəni yerinə yetirdik. Bu gün qalib gəlməyi çox istəyirdik. Futbolçulara tapşırıq verilmişdi ki, heç bir halda geri çəkilməməliyik.

Sonadək meydanda bunu gördüm. Xeyli sayda qol epizodları yaxaladıq. Heç olmasa, bunların bəzilərindən istifadə etmək lazımdır. Amma həyəcan, heç nədən buraxılan qol bizə mane oldu.

Mənim əsas istəyim futbolçularımın matça köklənməsi idi. Bu gün onun da şahidi oldum. Oyunçularımın hər birini qucaqlayır, onlara gələcək görüşlərdə uğurlar arzu edirəm”.

Həmin kateqoriyadan