“Heç bir rəqibdən qorxmuruq”

“Bir həftə əvvəl Bakıda 2 komandanın ifasında hücum futbolu izlədik. Bu dəfə “Partizan” evdə oynayır. Onların yaxşı məşqçisi və komandası var. Fikrimcə, rəqib irəli atılacaq və qol vurmaq istəyəcək”.

Allsport.az saytı xəbər verir ki, bunu konfrans liqasının 3-cü seçməsində cavab oyunu öncəsi “Sabah” klubunun baş məşqçisi Murad Musayev deyib. Rusiyalı mütəxəssisin sözünə görə, onlar da müdafiədə oturmaq niyyətində deyillər:

“Sabah da hər tərəfdən hücum futbolu görəcəyik. Bizim üçün çətin olacaq. Buna rəğmən, heç bir rəqibdən qorxmuruq. Öz oyunumuzu nümayiş etdirəcəyik”.

Həmin kateqoriyadan