Henninq Berq: “Qarabağ”ın keyfiyyətli komanda olduğunu gördük”

“Oyuna istədiyimiz kimi başladıq. İlk hissədəki mübarizədən razıyam. İkinci yarıda 2 şanssız qol buraxdıq. Bundan sonra hesab daha da böyüdü. Bəxtimiz gətirmədi”.

Allsport.az xəbər verir ki, bu fikirləri Kiprin “Omoniya” klubunun baş məşqçisi Henninq Berq evdə “Qarabağ”a 1:4 hesabı ilə uduzduqları konfrans liqasının qrup oyunundan sonra mətbuat konfransında deyib.

52 yaşlı mütəxəssis Ağdam klubunun keyfiyyətli kollektiv olduğunu bildirib: “Rəqibin səviyyəsini gördük. Hazırda qrupun dördüncü komandasıyıq, vəziyyət daha çətindir. Komandanın inkişafı üçün çalışırıq. “Qarabağ” və “Bazel” uzun illərdir ki, avrokuboklarda çıxış edir. Biz də yaxşı işlər görmüşük, amma yetərli deyil”.

Həmin kateqoriyadan