“Hesab bizi aldatmamalıdır”

Sabah “Qarabağ” Avropa liqasının 4-cü ələməsinin cavab görüşündə (ilk oyun – 2:0) Tofiq Bəhramov adına respublika stadionunda Sloveniyanın “Olimpiya” klubunu qəbul edəcək. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat konfransında baş məşqçimiz Qurban Qurban bunu dedi:

“Səfərdən üstün döndük. Amma hesab bizi aldatmamalıdır. Müdafiədə oturmaq fikrimiz yoxdur. Daha ciddi olmalıyıq. “Olimpiya”nın ölkə çempionatında oyununu izlədim. 1:4 uduzsalar da, hesab tam əksi olmalıydı.

Transfer pəncərəsinin bağlanmasına az qalıb. Biz tərəfdən fəallıq olsa da, qarşı tərəfdən sakitçilikdir. Bu ay yeni müdafiəçi ilə gücləndik. İmkan daxilində hər mövqedə bir neçə oyunçumuz olmalıdır. Dünya futbolu indi bunu tələb edir”.

Həmin kateqoriyadan