“Heyətdə problemlər vardı”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qitə liqasının “İ” qrupunda ilk turda “Makkabi”yə qarşı səfər oyununu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 0:1 yenildikləri matçdan sonra mətbuat konfransında bunu deyib:

“Rəqibi təbrik edirəm. Bura nəticə qazanmaq üçün gəlmişdik, amma alınmadı. Heyətdə problemlər vardı, buna baxmayaraq ən yaxşısını etməyə çalışdıq. Artıq bu oyunu unudub qarşıdakı oyunlara hazırlaşmalıyıq, bizi qrup mərhələsində qarşıda daha 5 oyun gözləyir”.

Həmin kateqoriyadan