“Heyətimiz çox geniş deyil”

Konfrans liqasının 2-ci təsnifatının ilk oyununda “Qəbələ” evdə “Omoniya”ya (Kipr) 2:3 uduzub. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransı “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev bunu deyib:

“Bizi ağır oyun gözlədiyini bilirdik. “Omoniya” heyətində yaxşı fərdi keyfiyyətlərə sahib futbolçular olan təcrübəli komandadır. Heyətimiz yenidir. Komanda meydanda istəkli idi. Oyunçular meydanda görmək istədiklərimi verməyə çalışırdılar.

Heyətimiz çox geniş deyil. Sifariş vərəqində akademiyanın gənc futbolçuları da yer alıb. Matç göstərdi ki, bu rəqiblə oynamaq olar. Ruhdan düşmürük. Cavab qarşılaşmasına hazırlaşıb daha yaxşısını etməyə çalışacağıq.

Azarkeşlərin çoxluğu sevindiricidir. Çempionat qarşılaşmalarında da bu qədər seyrçimizin olmasını istəyirik”.

Həmin kateqoriyadan