İbrahim Şehiç: “Qarabağ” ÇL-in qrup mərhələsində oynamaq istəyirdi, amma…”

Bosniya və Herseqovina yığmasının, eləcə də “Qarabağ”ın qapıçısı İbrahim Şehiç AÇ-2016-ya vəsiqə uğrunda İrlandiyaya qarşı keçirəcəkləri ilk pley-off oyunu (13 noyabr) öncəsi fikirlərini bölüşüb. Allsport.az xəbər verir ki, o, ölkəsinin mətbuatına açıqlamasında bunları söyləyib:

“Əlbəttə, İtlandiya ilə oyun bizim üçün çox çətin olacaq. Bu komanda qrupda birgə çıxış etdiyimiz Uels yığmasına bənzəyir. Fikrimcə, məşqçilər korpusu rəqibi yaxşı analiz ediblər. Bir neçə il öncə İrlandiyaya qarşı keçirdiyimiz oyunu da yaxşı xatırlayıram. Onlara qarşı oynamağın necə olduğunu bilirik”.

Qapıçı “Qarabağ”la birgə avrokuboklardakı çıxışından da söz açıb: “Biz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq istəyirdik. Bunu hamı arzulayırdı. Amma Avropa Liqasında çıxış etmək məcburiyyətində qaldıq. ÇL-in qrupuna növbəti mövsümdə vəsiqə qazanmağa çalışacağıq. Ardıcıl ikinci il Avroliqanın qrup mərhələsində oynamaq da önəmlidir. Güclü qrupa düşmüşük. Növbəti mərhələyə vəsiqə qazanmaq üçün mübarizə aparırıq”.

Həmin kateqoriyadan