- Baxış sayı: 8
- 07 Avqust 2026 14:41
- Baxış sayı: 192
- Avqust 05, 2026
- 0

Türkiyə millisinin qapıçısı Altay Bayındır karyerasını İspaniyada davam etdirəcək.
Allsport.az xəbər verir ki, 28 yaşlı qolkiper İngiltərənin “Mançester Yunayted” klubundan mövsümün sonunadək icarə əsasında “Selta”ya keçib.
Altay Bayındır 2023-cü ildən “Mançester Yunayted”in formasını geyinirdi. O, bu müddətdə bütün turnirlərdə 17 oyuna çıxıb, qapısında 31 qol görüb və 3 matçda qapısını toxunulmaz saxlayıb.