- Baxış sayı: 72
- 25 Fevral 2025 18:15
- Baxış sayı: 48
- Mart 20, 2025
- 0
2024-2025-ci tədris ilinin yaz semestrində bakalavriat təhsil səviyyəsinin “Məşqçilik”, “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi”, “İdman menecmenti və kommunikasiya”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya” ixtisaslarında təhsil alan sonuncu kurs tələbələri və təcrübə rəhbərləri ilə görüş keçirilib.
Allsport.az saytı xəbər verir ki, toplantıda təcrübə keçməyə hazırlaşan tələbələr və rəhbər müəllimlərə təcrübənin başlanması, gedişatı və təcrübə sənədləri haqqında ətraflı məlumat verilib. Hazırda sözü gedən ixtisaslar üzrə təcrübə proqramında ümumilikdə 1455 tələbə iştirak edir.