İFFHS-in reytinqində 2 “Qarabağ” 42, “Neftçi” 280 pillə irəliləyib

Dünyanın ən yaxşı futbol klublarının reytinqi açıqlanıb. Allsport.az saytı xəbər verir ki, Beynəlxalq futbol tarixi və statistikaları federasiyasının ötən il üçün t\rtib etdiyi siyahıda Azərbaycanın 2 təmsilçisi də var. Bunlar “Qarabağ” və “Neftçi”dir. Konfrans liqasında mübarizəni davam etdirən Ağdam klubu ötən ilin ən yaxşı 105-ci komandası olub. Onun hesabında 133 xal var və 2020-ci i illə müqayisədə 42 pillə irəliləyib.

Son Azərbaycan çempionu daha böyük sıçrayışa nail olub. Samir Abbasovun komandası 280 pillə irəliləyib. Paytaxt təmsilçisi 2020-ci ildə 543-cü idisə, bu dəfə 78,5 xalla 263-cü yerdə qərarlaşıb.

Tarixdə ilk dəfə siyahıya Braziliya klubu başçılıq edir. “Palmeyras” 322 xalla geridə qalan ilin ən reytinqli klubu olub. Braziliyanın digər təmsilçisi “Atletiko Mineyro” isə 313 xalla onu izləyib. İlk “üçlüy”ü “Mançester Siti” (300 xal) qapayıb.

Həmin kateqoriyadan