- Baxış sayı: 112
- 07 Avqust 2026 23:48
- Baxış sayı: 212
- Avqust 05, 2026
- 0

“Qarabağ” və “Deloitte” şirkəti arasında müqavilə imzalanıb. Allsport.az xəbər verir ki, “Azersun Arena”da təşkil olunan tədbirdə Ağdam təmsilçisinin prezidenti Tahir Gözəl bunu dedi:
“İki şirkətin marağı üst-üstə düşür. İqlimin qorunması hər birimizin vəzifəsidir. “Deloitte” dünyanın ən böyük audit kompaniyalarından biridir. COP-29-da qarşı tərəf bizə çox yardımçı oldu. Müəyyən öhdəliklərimiz var: 2030-cu ildə karbon istifadəsini yarıbayarı azaltmaq, 2040-cı ildə 0-a endirməkdir.
“Qarabağ” avrokubokda müzəffər yürüşünü davam etdirir. Ümid edirəm ki, çempionlar liqasının əsas mərhələsində layiqli oyun nümayiş etdirəcəyik. Bu gün futbol millimiz dünya çempionatının seçməsinə İslandiyada ilk görüşə çıxır. Allah yardımçıları olsun”.