FOTO
İlham Əliyev kraliça II Yelizavetaya “Şöhrət” adlı Qarabağ atı hədiyyə edib

Böyük Britaniya kraliçası II Yelizaveta Azərbaycan atçılıq federasiyasının prezidenti Elçin Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətini Vindzor sarayında qəbul edib.

Allsport.az saytı xəbər verir ki, kral ailəsi üzvlərinin şərəfinə ənənəvi təşkil edilən Vindzor kral atçılıq şousunda Odlar yurdunun çıxışını hər zaman böyük maraqla izləyən ülyahəzrət, Azərbaycan prezidenti İlham Əliyevin hədiyyəsi – “Şöhrət” adlı Qarabağ atı təqdim olunub.

Kraliçaya hədiyyə olunan at Vindzor qəsrinə gətirilərək, haqqında bütün məlumatların yer aldığı sertifikatla birlikdə yeni sahibinə təhvil verilib.

Sonra Azərbaycanın tanınmış heykəltəraşı Faiq Hacıyevin yaratdığı “Alxan” adlı Qarabağ, “Qalxan” adlı Dilbaz atlarının heykəlləri ona hədiyyə olunub. Kraliça hədiyyəyə görə təşəkkür edib, əyləncə tədbirlərində ənənəvi iştiraka görə minnətdarlığını bildirib.

1956-cı ildə SSRİ-nin rəhbəri Nikita Xruşşov kraliça II Yelizavetaya “Zaman” adlı Qarabağ atı hədiyyə edib. Ancaq həmin at Vindzor sarayında təqdim olunmamışdı. Prezident İlham Əliyevin hədiyyəsi isə Vindzor sarayında ülyahəzrətə təqdim edilib.

Həmin kateqoriyadan