- Baxış sayı: 46
- 24 Sentyabr 2026 16:44
- Baxış sayı: 60
- Sentyabr 24, 2026
- 0

Türkiyə güləş federasiyasının (TGF) başqanı Taxa Ağgül yurd içində görüşlərini davam etdirir.
Allsport.az saytı xəbər verir ki, toplantıdan biri paytaxt Anqarada “Milliyyətçi Hərəkat” partiyasının qərargahında sədr Dövlət Baxçalı ilə baş tutub. Rio yay olimpiya oyunlarının qalibi, 3-qat dünya və 11-qat Avropa çempionuna bu dəfə tutullu bahadır Rza Qayaalp və Dünya güləş birliyinin (DGB) prezidentliyə namizədi həmyerlimiz Namiq Əliyev yoldaşlıq edib.
Söhbət zamanı güləşin gələcəyi ilə bağlı qiymətləndirmə aparılıb, Türkiyə və dünya güləşinin gələcəyi üçün ustad siyasətçidən dəyərli dəstəyi istənilib. Bu mənalı səfərin xatirəsi olaraq, türk dünyasının birliyinə və həmrəyliyinə həmişə böyük əhəmiyyət verən Dövlət Baxçalıya milli komanda üçün xüsusi hazırlanmış, türk millətinin gücünü və döyüş ruhunu əks etdirən “Boz qurd”un təsviri olunduğu güləş millisinin çərçivədə olan geyimini hədiyyə olunub.
Həmçinin, Həkkəridə Cilo dağlarının heyrətamiz zirvələrində təşkil etdilən tədbirdən ortaya çıxan və Türkiyə bayrağını, güləşimizi və Anadolunun möhtəşəm coğrafiyasını eyni çərçivədə bir araya gətirən unudulmaz rəsmi sədrə bəxşiş edilib.
Taxa Ağgül şəxsi İnstaqram hesabında bunu da yazıb: “Əcdadlarımızın güləş idman növü olan güləşin təkcə Türkiyədə deyil, bütün Türk dünyasında daha güclü gələcəyə çatmasını təmin etmək üçün çalışmağa davam edəcəyik. Hörmətli sədrimizə xoş qarşılanmasına və Türkiyə idmanına, güləşinə və türk dünyasına verdiyi dəyərli dəstəyə görə minnətdarlığımı bildirirəm”.
Bundan sonra üçlük “Milliyyətçi Hərəkat” partiyasının başqan yardımçısı Seçkin Odabaşı ilə də görüşüb, fikir mübadiləsi aparıb.


