Rusiyanın tanınmış bədii gimnastları uşaqlarla görüşüb – FOTO

Rusiyanın tanınmış bədii gimnastları uşaqlarla görüşüb – FOTO

Rusiyanın tanınmış bədii gimnastları Moskvada keçirilən genişmiqyaslı ustad dərsində uşaqlarla bir araya gəliblər.

Allsport.az xəbər verir ki, tədbirdə olimpiya oyunlarının gümüş mükafatçısı Yana Kudryavtseva və BRİKS oyunlarının çempionu Lala Kramarenko iştirak ediblər.

Kudryavtseva uşaqlar üçün belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayaraq, artıq yarış karyerasını başa vurduğunu və gələcək nəslin inkişafına dəstək olmağa çalışdığını bildirib.

Kramarenko isə hazırda əsas diqqətini konsert layihələrinə və vokal fəaliyyətinə yönəltdiyini deyib. O, yaxın vaxtlarda ilk mahnısını təqdim edəcəyini açıqlayıb. Gimnast həmçinin hələlik peşəkar idmana qayıtmağı planlaşdırmadığını qeyd edib.

Həmin kateqoriyadan