- Baxış sayı: 11
- 10 Avqust 2026 13:30
- Baxış sayı: 225
- Avqust 05, 2026
- 0

İspaniya millisinin futbolçuları dünya çempionatından əvvəl komandanın qalib gələcəyi təqdirdə müxtəlif vədlər veriblər.
Allsport.az xəbər verir ki, Qavi saçlarını çəhrayı rəngə boyayacağını deyib.
Azarkeşlər futbolçuya verdiyi sözü tez-tez xatırladırlar. “Barselona”nın yarımmüdafiəçisi isə buna yumorla yanaşır və izləyicilərinə əyləncəli şəkillərlə cavab verir.
Qavinin sevgilisi Ana da onun vədini yerinə yetirməsini istəyir. O, birgə istirahətdən paylaşdıqları fotoların şərh bölməsində saç kəsimi və çəhrayı yallı təkbuynuzlu emoji qoyaraq futbolçuya mesaj göndərir.
Sosial şəbəkələrdə artıq Qavinin çəhrayı saç düzümü ilə necə görünə biləcəyinə dair görüntülər də yayılıb.



