İlin ən yaxşıları açıqlandı

Bu gün İdman Araşdırmalar Mərkəzi (İAM) “İlin qalibləri” layihəsinin yekunları ilə əlaqədar mükafatlandırma mərasimi keçirlib. Allsport.az xəbər verir ki, “Demirchi Tower”də təşkil olunan tədbirdə Gənclər və İdman Nazirliyi, müxtəlif federasiyalar veteran futbolçular və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edib.

İAM-ın jurnalistləri arasında keçirdiyi sorğu nəticəsində 8 nominasiya üzrə qaliblər açıqlanıb.

Nominasiyalar və İAM-ın Ekspert Qrupunun hər bir nominasiya üzrə qalibləri aşağıdaklar olub:

1. İlin idman xadimi: Azad Rəhimov (Gənclər və idman naziri, “Bakı-2015” I Avropa Oyunlarının baş icraçı direktoru)
2. İlin yerli idmançısı: Hacı Əliyev (sərbəst güləş üzrə Avropa və dünya çempionu)
3. İlin yerli futbolçusu: Qara Qarayev (“Qarabağ”)
4. İlin əcnəbi idmançısı: Riçard Almeyda (“Qarabağ”)
5. İlin komandası (kollektiv idman növləri üzrə): “Qarabağ”
6. İlin baş məşqçisi (bütün idman növləri üzrə): Qurban Qurbanov (“Qarabağ”)
7. İlin idman jurnalisti: Natiq Muxtarlı (Komanda.az saytı)
8. İlin mətbuat katibi: Nurlan İbrahimov (“Qarabağ”)
9. İlin fəal azarkeşi – İlqar Həmzəyev

Həmin kateqoriyadan