- Baxış sayı: 13
- 06 May 2026 18:18
- Baxış sayı: 48
- May 06, 2026
- 0

Beynəlxalq peşəkar futbolçular assosiasiyaları federasiyası (FİFPro) 2025-ci ilin rəmzi komandasını açıqlayıb.
Allsport.az xəbər verir ki, peşəkar futbolçuların özləri tərəfindən seçilmiş on bir oyunçu səsvermə yolu ilə təyin edilib. Səsvermədə 68 ölkədən 26.000-dən çox futbolçu iştirak edib.
Canluici Donnarumma (PSJ/Mançester Siti, İtaliya), Vircil van Deyk (Liverpul, Niderland), Əşrəf Hakimi (PSJ, Mərakeş), Nunu Mendeş (PSJ, Portuqaliya), Cud Bellingem (Real Madrid, İngiltərə), Koul Palmer (Çelsi, İngiltərə), Pedri (Barselona, İspaniya), Vitinya (PSJ, Portuqaliya), Osman Dembele (PSJ, Fransa), Kilyan Mbappe (Real Madrid, Fransa), Lamin Yamal (Barselona, İspaniya).