- Baxış sayı: 30
- 24 İyun 2026 03:46
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0
FİFA 2014-cü il üçün rəmzi yığmanı açıqlayıb. Allsport.az xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, il ərzində planetin ən yaxşı “11-liy”i aşağıdakı kimi formalaşıb:
Qapıçı: Manuel Noyer (“Bavariya”, Almaniya);
Müdafiəçilər: David Luis (PSJ, Braziliya), Tyaqo Silva (PSJ, Braziliya), Flip Lam (“Bavariya”, Almaniya), Serxio Ramos (“Real”, İspaniya);
Yarımmüdafiəçilər: Toni Kroos (“Real”, Almaniya), Andres İnyesta (“Barselona”, İspaniya), Anxel Di Mariya (“Real”/”Mançester Yunayted, Argentina);
Hücumçular: Kriştianu Ronaldo (“Real”, Portuqaliya), Lionel Messi (“Barselona”, Argentina), Aryen Robben (“Bavariya”, Hollandiya).