“İlk dəfə təşkil olunan yarışa tam məsuliyyətlə yanaşmalıyıq”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov konfrans liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib. Allsport.az xəbər verir ki, bu mərhələdə İsrailin “Aşdod” komandası ilə qarşılaşacaq Ağdam təmsilçisinin çalışdırıcısı deyib:

“UEFA konfrans liqası yeni turnirdir. İlk dəfə təşkil olunan yarışa tam məsuliyyətlə yanaşmalıyıq. Bizim üçün bu turnir ilk təcrübədir. Əvvəl İsrail təmsilçiləri ilə qarşılaşmışıq. Məncə, bu ölkənin çempionatının səviyyəsi hər kəsə bəllidir. Çox güclü klubları var. Təsdüfi deyil ki, mövsümü 3-cü pillədə başa vurublar.

Amma “Aşdod” bizə tanış deyil və daha əvvəl qarşılaşmamışıq. Bu gündən etibarən rəqibi daha yaxından tanımağa, güclü və zəif tərəflərini araşdırmağa başlayacağıq. Rəqibi yaxından izlədikdən və araşdırdıqdan sonra ətraflı danışmaq olar. Bu turnirdə də azarkeşlərimizi sevindirmək istəyirik”.

Həmin kateqoriyadan