- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 43
- İyun 22, 2026
- 0

Ölkə çempionatının 25-ci turunun “Sabah” – “Neftçi” oyunu (0:2) Namiq Ələsgərova əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, vurduğu 2 qolla komandasına üç xal qazandıran yarımmüdafiəçi Azərbaycan çempionatlarında ilk dubl edib.
Onun vurduğu 2-ci top onun “Neftçi”nin heyətində 10-cu çempionat qolu olub. 57-ci görüşündə yubiley qeyd edən futbolçu 2016/17 mövsümündə 2, ötən çempionatda 5, cari yarışda 3 dəfə fərqlənib. Onun “ağ-qaralar”ın heyətindəki ilk qolu 2017-ci il fevralın 9-da “Keşlə”ylə səfərdəki qarşılaşmaya (3:1) təsadüf edib.
Namiq premyer liqa karyerasındakı qol sayını 16-ya çatdırıb. O, “Neftçi”yədək “Bakı”da 2, “Qarabağ”da 1, “Kəpəz”də 3 qola sevinib.