“İlk görüşün nəticəsi heç kimi aldatmasın”

Sabah “Qarabağ” Avropa liqasının 1/16 finalında Tofiq Bəhramov adına respublika stadionunda Portuqaliyanın “Braqa” klubuna (ilk matç – 4:2) qarşı cavab oyununa çıxacaq. Allsport.az saytı xəbər verir ki, bu gün mətbuat konfransında baş məşqçimiz Qurban Qurbanov bunu dedi:

“Qonaqları salamlayıram, xoş gəliblər. Bizi gərgin oyun gözləyir. İlk görüşün nəticəsi heç kimi aldatmasın. Çox səliqəli olmalıyıq. Əlimizdə fürsət varsa, bunu lazımınca dəyərləndirməliyik.

Hər şey qaydasındadır. Var gücümüzlə sabahkı matça köklənmişik. Rəqibi zəif saymaq olmaz. Bakıda çox güc sərf etməliyik.

“Braqa”nın təcrübəsi var. Bir çox rəqibə uyğun olmayan üsluba malikdir. Ən başlıcası, çox sürətlidirlər. Uğur öz yerində, azarkeşləri futbola kökləmək bizim işimizdir və bu çox önəmlidir”.

Həmin kateqoriyadan