“İnanıram ki, Bakıya ən yaxşı nəticə ilə dönəcəyik”

“Qarabağ”ın futbolçusu Riçard Almeyda, sabah Avropa liqasının “G” qrupunun 5-ci turunda “Nant”la səfər oyunu barədə fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi mətbuat konfransında matma hazır olduqlarını deyib:

“İnanıram ki, Bakıya ən yaxşı nəticə ilə dönəcəyik. Rəqibin heyətində yaxşı futbolçular var. Amma biz öz oyunumuza fokuslanmışıq. Dolu tribunalar qarşısında oynamaq xoşumuza gəlir”.

“Qarabağ” evdə Fransa klubuna 3:0 qalib gəlib. Sabah görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Həmin kateqoriyadan