“İnanıram ki, qarşıdakı 1 həftədə komandanı oyuna istədiyimiz kimi tam hazır edəcəyik”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov çempionlar liqasının 2-ci ələməsində İrlandiyada yerli “Dandalk”a qarşı ilk oyunu şərh edib. Allsport.az saytı xəbər verir ki, o, 1:1 hesabı ilə bitən matçdan sonra mətbuat konfransında bunu söyləyib:

“Bütün şəraiti nəzərə alsaq, bizim üçün ağır səfər idi. Həm də bəzi zədəli futbolçularımızın olmasına görə oyun planımızda dəyişikliklər oldu. Rəqib həddindən artıq çox istəkli idi, bizim üçün heç də asan olmadı.

Amma futbolçuların hər birindən razı qaldım. Cavab matçında maksimum diqqətli olmalıyıq. İnanıram ki, qarşıdakı 1 həftədə komandanı oyuna istədiyimiz kimi tam hazır edəcəyik”.

Həmin kateqoriyadan