“İndi öz səhvlərimiz üzərində işləməliyik”

“Sabah” konfrans liqasının 2-ci ələməsinin ilk görüşündə Latviyada RFS klubuna 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra komandamızın baş məşqçisi Murad Musayev qələbəyə belə şərh verib:

“Bu gün çox çətin oyun oldu. Yeni mövsümdə ilk rəsmi matçımız idi. Oyuna yaxşı başladıq. Lakin daha sonra təşəbbüsü əldən verdik və rəqib üstünlük əldə etdi. Rəqib bizə çətinlik yaşatmağı bacardı. Şadam ki, bu təzyiqə tab gətirə bildik.

Üstəlik, ikinci qolu da vurduq. Sonrakı dəqiqələrdə oyuna nəzarəti əldən vermədik və bu matçdan qələbə ilə ayrıldıq. Ancaq bu, yalnız qarşılaşmanın ilk hissəsidir. Qarşıda bizi Bakıda daha bir 90 dəqiqə gözləyir.

İndi öz səhvlərimiz üzərində işləməliyik. Bu 8 gündən yaxşı yararlanmalıyıq. Çox şeyi düzəltməliyik. Cavab oyununda daha yaxşı olmaq üçün çalışmalıyıq”.

Həmin kateqoriyadan