- Baxış sayı: 33
- 05 Avqust 2026 18:33
- Baxış sayı: 124
- Avqust 05, 2026
- 0

UEFA-da FİFA prezidenti Canni İnfantinonun dünya çempionatı ilə bağlı planlarına qarşı etirazın əsas simalarının kim olduğu məlum olub.
Allsport.az xəbər verir ki, UEFA-nın iyulun 30-da keçirilən fövqəladə videokonfransında Uels futbol assosiasiyasının nümayəndəsi və UEFA-nın vitse-prezidenti Laura MakAllister, eləcə də Norveç futbol federasiyasının prezidenti Lize Klaveness FİFA turnirlərinin boykot olunması ideyasını ən qəti şəkildə müdafiə edən şəxslər olublar.
150 nəfərin qatıldığı iclasda əvvəlcə FİFA-nın dünya çempionatlarının idarəçiliyini yeni şirkət vasitəsilə özəl investorlara açmaq planı müzakirə edilib. Məhz MakAllister və Klavenessin sərt çıxışlarından sonra UEFA rəhbərliyində etiraz daha ciddi müstəviyə keçib və 2030-cu il dünya çempionatının boykot edilməsi ehtimalı gündəmə gəlib.
UEFA prezidenti Aleksander Çeferin də FİFA-nın son qərarlarından narazılığını gizlətməyib. O, daha əvvəl ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasının ləğv edilməsini tənqid etmiş, həmçinin bu səbəbdən 2026-cı il Dünya çempionatının finalına qatılmamışdı.