- Baxış sayı: 29
- 26 Avqust 2026 21:53
- Baxış sayı: 58
- Avqust 26, 2026
- 0


İngiltərənin “Hall Siti” klubu “Olimpiakos”dan qapıçı Konstantinos Tsolakisi transfer edib.
Allsport.az xəbər verir ki, 23 yaşlı qolkiperlə 2031-ci ilin yayına qədər nəzərdə tutulan 5 illik müqavilə imzalanıb.
Yunanıstan millisinin formasını 9 matçda geyinmiş futbolçu üçün ödənilən məbləğ rəsmən açıqlanmasa da, bunun klub tarixi üçün rekord olduğu bildirilib.
Karyerasına “Platanias”da başlayan və 2020-ci ilin martında “Olimpiakos”un əsas heyətində debüt edən qapıçı meydana çıxdığı 131 oyunun 64-də qapısını toxunulmaz saxlayıb. O, Pirey təmsilçisi ilə 4 dəfə Yunanıstan superliqasının çempionu olub, ölkə kubokunu, superkubokunu və 2023/24 mövsümündə UEFA konfrans liqasını qazanıb.