İngiltərə klubu danışıqlar aparır

İngiltərə klubu danışıqlar aparır

“Fulhem” heyətini Qonsalo Qarsiya ilə gücləndirmək istəyir.

Allsport.az xəbər verir ki, İngiltərə klubu 22 yaşlı hücumçunun transferi ilə bağlı “Real”la danışıqlar aparır.

London təmsilçisi Qarsiyanı hücum xəttini gücləndirmək üçün əsas namizədlərdən biri hesab edir. Tərəflər arasında müzakirələr davam etsə də, mümkün keçidin maliyyə şərtləri hələ açıqlanmayıb.

Qeyd edək ki, “Real”ın akademiyasının yetirməsi olan Qonsalo Qarsiyanın Madrid klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Həmin kateqoriyadan