İnnosent Emeqara ilə rəsmi müqavilə

İnnosent Emeqara ilə rəsmi müqavilə

“Qarabağ” hücum xəttinə Con Delarjdan sonra daha bir futbolçu transfer edib. Allsport.az saytı xəbər verir ki, Ağdam klubu sabiq futbolçusu İnnosent Emeqaranı heyətinə qatıb. Onunla 2-illik müqavilə imzalanıb.

29 yaşlı forvard karyerasına İsveçrənin “Vintertur” klubunda başlayıb, daha sonra Fransanın “Loryan”, İtaliyanın “Siena” və “Livorno” klublarında çıxış edib.

2014/15-ci illər mövsümündə “Qarabağ”da çıxış edən Emeqara qısa müddət ərzində 7 oyunda 4 qolla yadda qalmışdı. O, bu komandadan ayrıldıqdan sonra Amerikanın “Ertkveyks” klubunda çıxış edib. Son klubu isə Kipr təmsilçisi “Ermis” olub.

Emeqara İsveçrə millisində də 9 oyunda meydanda olub.

Həmin kateqoriyadan