- Baxış sayı: 6
- 23 İyun 2026 22:59
- Baxış sayı: 40
- İyun 23, 2026
- 0
««İnter»lə oyuna ciddi hazırlaşırıq. Bu matçın bizə xüsusi önəmi var». Bu açıqlamanı allsport.az saytına «Bakı» klubunun futbolçusu Nurlan Novruzov verib.
Sabah ölkə çempionatının 14-cü turunda evdə «bankçılar»ı qəbul edəcək autsayder, matçdan 3 xalla ayrılmağı düşünür. Gənc hücumçu deyib ki, komandası birinci dövrədə biabırçı məğlubiyyətin əvəzini çıxmaq istəyirlər:
«İlk oyunda rəqib bizə böyük hesabla qalib gəlib. Bunun əvəzini çıxmaq niyyətindəyik. Meydana 3 xal üçün çıxacağıq. Günü-gündən oyunumuz yaxşılaşır. İnşallah, birgə bu vəzifənin öhdəsindən gələcəyimizə inanıram».