VİDEO
“İnter” 10 yaşında!

Sentyabrın 25-də  “İnter” Peşəkar İdman Klubu 10 illik yubileyini qeyd edib. Allsport.az saytı xəbər verir ki, “Hilton” mehmanxanasında keçirilmiş tədbirdə klub nümayəndələri ilə yanaşı, futbol ictimaiyyətinin üzvləri də qatılıblar.

Öncə qonaqları salamlamaq üçün kürsüyə “İnter”in prezidenti Georgi Nikolov dəvət olunub. Məclis iştirakçılarını Azərbaycan dilində salamlayan bolqarıstanlı funksioner klubun tarixindən, zəfərlərindən və ölkə futboluna xidmətindən bəhs edib. Onun ardınca səhnəyə dəvət olunan AFFA-nın baş katibi Elxan Məmmədov isə kluba gələcək fəaliyyətində uğurlar arzulayıb, xeyir-dua verib.

Ardınca mükafatlandırma mərasimi keçirilib. Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev, eləcə də “İnter”in işində əməyi olan klub nümayəndələrinə hədiyyələr təqdim olunub.

Həmin kateqoriyadan