“İnter” ÇL yolunda

İtaliya çempionatının 30-cu turunun “İnter” – “Empoli” oyunu keçirilib.

Allsport.az xəbər verir ki, görüş milanlıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “İnter” “A” seriyasının turnir cədvəlinə 79 xalla başçılıq edir və beşinci yerdə olan “Roma”nı (50) 29 xal qabaqlayır.

29 qarşılaşma və 50 xalı olan “Atalanta” romalıları keçə bilər. Berqamasklılar qalib gəlsələr belə, İtaliya çempionatının bitməsinə 8 tur qalmış “İnter”in beşinci yerdən üstünlüyü 24 xaldan çox olacaq.
Beləliklə, “İnter” növbəti mövsüm üçün çempionlar liqasına vəsiqəni təmin edib.

Həmin kateqoriyadan