“İnter” “Hafnarfyordur” öncəsi yoxlama oyununda qalib gəldi

Məlum olduğu kimi, “İnter” Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İslandiyanın “Hafnarfyordur” komandasını qəbul edəcək. Allsport.az xəbər verir ki, komandamız islandlarla cavab oyununa “İnter Arena”da hazırlaşır.

Ötən gün “İnter” hazırlıq çərçivəsində “Neftçala” komandası ilə yoxlama matçı keçirib. Oyun 3:0 hesabıyla bakılıların xeyrinə başa çatıb. “İnter”in heyərində İlkin Sadıqov (2) və Yuri Fomenko fərqləniblər.

Xatırladaq ki, “İnter” – “Hafnarfyordur” matçı iyulun 23-də baş tutacaq. Oyun saat 21:00-da “İnter Arena”da keçiriləcək.

Həmin kateqoriyadan