“”İnter”in bizdən üstün olduğunu düşünmürəm”

“Atletiko Madrid” çempionlar liqasının 1/8 final mərhələsinin ilk oyununda “İnter”ə 0:1 hesabı ilə məğlub olub.

Allsport.az xəbər verir ki, “matrasçılar”ın yarımmüdafiəçisi Rodriqo de Paul oyunu şərh edib:

“Mübarizə etmək əzmində olan 2 komanda arasında yaxşı oyun oldu. İzləmək məncə maraqlı idi. “İnter”in bizdən iki-üç imkanı daha çox oldu, amma komandalar bir-birinə çox bənzəyirdi. Oyunla bağlı təcrübəmə əsaslanaraq, “İnter”in bizdən üstün olduğunu düşünmürəm”.

Həmin kateqoriyadan