“İnter”in rəqibi bu gün “Filkir”lə matçına çıxır

Avropa Liqasının 2-ci təsnifat mərhələsində Bakı “İnter”inin rəqibi olan İslandiya “Hafnarfyordur”u bu gün ölkə çempionatında növbəti matçına çıxacaq. Allsport.az saytə xəbər verir ki, sözügedən komanda 11-ci tur çərçivəsində doğma meydanda “Filkir”i qəbul edəcək.

“İnter”in rəqibi 10 turdan sonra 23 xalla turnir cədvəlinə başçılıq edir.  “Hafnarfyordur”la “İnter” arasındakı ilk oyun iyulun 16-da baş tutacaq.

Xatırladaq ki, buna qədər rəqib bir dəfə Bakıda olub. İslandiya təmsilçisi “Neftçi” ilə 2004/05 mövsümündə hər 2 matçda uduzmuşdu – 0:2, 1:2.

Həmin kateqoriyadan