İrlandiya yığması Bakıda ilk məşqinə çıxıb

2022-ci il dünya çempionatının seçmə mərhələ matçında Azərbaycan millisinin qonağı olacaq İrlandiya yığması Bakıda ilk məşqinə çıxıb.

Allsport.az xəbər verir ki, Stiven Kenninin baş məşqçi olduğu komandanın hazırlıq prosesi oyunun keçiriləcəyi Bakı olimpiya stadionunun ehtiyat meydanında gerçəkləşib. Məşq axşam saatlarına təsadüf edib.

Bundan əlavə, britaniyalıların sadiq azarkeşlərindən hesab edilən Kristi və Eileen O Neill cütlüyü də qarşılaşmaya üçün Bakıya səfər edib.

Oktyabrın 9-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlanacaq.

Həmin kateqoriyadan