“İşimizin ciddiliyinin fərqindəyik”

“Qarabağ”ın futbolçusu Qara Qarayev, çempionlar liqasının pley-ofunda Çex Respublikasının “Viktoriya” komandası ilə paytaxtda ilk oyun barədə öz fikrini bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, mətbuat konfransında matçın çətin keçəcəyini qeyd edib:

“İşimizin ciddiliyinin fərqindəyik. Evdə oynayacağıq. Əlbəttə ki, azarkeşlərin oyuna bəslədikləri ümidi doğrultmağa çalışacağıq. Doğma meydan amili də bizim üstünlüyümüzdür. Əlimizdən gələni edəcəyik ki, tarixi nəticə əldə də bilək.

“Viktoriya” bura qədər irəliləyibsə, deməli, bu komandanın oyununda xüsusi diqqət yetirilməli məqamlar var. Çalışacağıq ki, Bakıda keçirəcəyimiz ilk oyunda üstün tərəf biz olaq”.

Həmin kateqoriyadan