- Baxış sayı: 61
- 20 Sentyabr 2026 14:44
- Baxış sayı: 177
- Sentyabr 17, 2026
- 0

“Qalatasaray”dan ayrılan Mauro İkardi karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, La Liqa təmsilçiləri “Betis” və “Valensiya” argentinalı hücumçunun transferində maraqlıdır.
UEFA çempionlar liqasında çıxış edəcək “Betis” bu transferdə daha üstün tərəf hesab olunur. Bununla yanaşı, İkardinin əsas istəyinin İtaliya A Seriyasından gələcək təklifləri dəyərləndirmək olduğu vurğulanıb.
32 yaşlı hücumçu 2025/26 mövsümündə “Qalatasaray”ın heyətində bütün turnirlərdə 47 oyunda 16 qol vurub, 3 məhsuldar ötürmə edib.