- Baxış sayı: 59
- 20 Sentyabr 2026 14:44
- Baxış sayı: 177
- Sentyabr 17, 2026
- 0

“Marsel”in hücumçusu Pyer-Emerik Obameyanq karyerasını İspaniya La Liqasında davam etdirəcək.
Allsport.az xəbər verir ki, “Deportivo” qabonlu futbolçunun keçidini həll edib.
La Liqaya yüksələn klub Obameyanq üçün 1,5 milyon avro ödəyəcək. 37 yaşlı forvard “Deportivo” ilə 2 illik müqavilə imzalayacaq.
Pyer-Emerik Obameyanq 2025/26 mövsümündə “Marsel”in heyətində meydana çıxdığı 41 rəsmi matçda 14 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.