- Baxış sayı: 60
- 06 Noyabr 2026 23:58
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

Avropa liqasının 3-cü ələməsinin ilk oyunlarının təyinatları açıqlanıb. Allsport.az saytı xəbər verir ki, “Qəbələ”nin “Panatinaikos”la Yunanıstanda keçiriləcək ilk görüşünün hakimləri, həmçinin hakim-inspektor və UEFA nümayəndəsi müəyyənləşib.
İyulun 27-də baş tutacaq qarşılaşmanı ispaniyalı hakimlər briqadası idarə edəcək. Afinadakı matçın baş hakimi Xuan Martines Munuera olacaq. Laynsmanlar Dieqo Barbero Sevilya və Sezar Manuel Noval Font, 4-cü referi Mario Melero Lopezdir.