“İsrailə maksimal müqavimət göstərməyə gəlmişik”

Konfrans liqasının pley-ofunda avqustun 26-da “Sammi Ofer” stadionunda “Makkabi” – “Neftçi” matçından əvvəl mətbuat konfransı olub. Allsport.az saytı xəbər verir ki, komandamızın baş məşqçisi Samir Abbasov görüş haqda fikrini bölüşüb:

“Belə oyuna bu qədər itki ilə gəlmək yaxşı hal deyil. Bilirsiniz, əsas heyətin 3 üzvü iştirak etməyəcək. Rəqib samballı və keyfiyyətli futbolçulardan təşkil olunub. Konfrans liqasından üst səviyyədə oynamalı olan kollektivlə qarşılaşacağıq.

“Makkabi” 3-4 gün əvvəl İsrail Kubokunda çıxış edib. Həmin matça baxandan sonra bir daha şahid olduq ki, komandanın oyununda keyfiyyət azalmayıb. Bu bizə problem yaşada bilər.

Ancaq biz bura maksimal müqavimət göstərməyə gəlmişik. Son şansımızdır. Bakıda bu komandaya 3 qol vurmağı bacardıqsa, burada da edə bilərik”.

Həmin kateqoriyadan