- Baxış sayı: 134
- 08 May 2026 23:17
- Baxış sayı: 174
- May 08, 2026
- 0

Avropa liqasının qrup mərhələsinin 2-ci turunda İsveçin “Hakken” klubunun qonağı olacaq “Qarabağ”ın səfər proqramı müəyyənləşib.
Allsport.az xəbər verir ki, Azərbaycan çempionu bu gün saat 18:00-da İsveçə yola düşəcək.
Ağdam təmsilçisi orada “Scandic Opallen Hotel”də məskunlaşacaq. Oyunöncəsi son məşq oktyabrın 4-də baş tutacaq. Əvvəlcə Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanov və futbolçu Abdullah Zubir mətbuat konfransına qatılacaqlar. Bundan 20 dəqiqə sonra isə komanda matçın oynanılacağı “Ullevi” stadionunda məşqə çıxacaq.
Qeyd edək ki, oktyabrın 5-də keçiriləcək görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.