“İtaliya futbolunun səviyyəsi xeyli yüksəlib”

“İtaliya futbolunun səviyyəsi xeyli yüksəlib”

“Real Madrid”in və Almaniya yığmasının sabiq yarımmüdafiəçisi Toni Kroos açıqlama verib.

Allsport.az xəbər verir ki, Kroos İtaliya futbolunun durumu ilə bağlı danışıb:.

“Düşünürəm ki, son illər İtaliya futbolunun səviyyəsi xeyli yüksəlib. Bu, xüsusilə Avrokuboklarda nəzərə çarpır. Bir neçə il əvvəl “İnter” ÇL-da finala yüksəldi, “Atalanta” Avropa liqasının qalibi oldu, “Milan” “Santyaqo Bernabeu”da “Real”ı məğlub etdi.”

Toni Kroos peşəkar futbolçu karyerasını ötən yay bitirib. Yarımmüdafiəçi “Bayer”, “Bavariya” və “Real”da çıxış edib.

Həmin kateqoriyadan