İtaliya klubunda qaldı

İtaliya klubunda qaldı

“Udineze” Nikolo Zaniolonun transfer hüququnu “Qalatasaray”dan alıb.

Allsport.az xəbər verir ki, İtaliya klubu 27 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalayıb.

“Udineze” satınalma hüququndan istifadə edərək bu keçid üçün İstanbul təmsilçisinə 5 milyon avro ödəyəcək. Razılaşmaya əsasən, futbolçunun gələcək satışından əldə olunacaq gəlirin 50 faizi “Qalatasaray”a çatacaq.

Zaniolo 2023-cü ilin fevralında 15 milyon avro qarşılığında “Roma”dan “Qalatasaray”a transfer olunmuşdu. Lakin o, İstanbul klubunda möhkəmlənə bilmədiyi üçün ardıcıl olaraq “Aston Villa”, “Atalanta”, “Fiorentina” və “Udineze”də icarə əsasında çıxış edib.

İtaliyalı yarımmüdafiəçi ötən mövsüm “Udineze”nin heyətində bütün turnirlərdə 34 oyuna çıxaraq 6 qol vurub, 6 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan