İtaliyada çıxış edə bilər

İtaliyada çıxış edə bilər

“Napoli”, “Çelsi”də çıxış edən müdafiəçi Benua Badyaşil ilə maraqlanır.

Allsport.az xəbər verir ki, London təmsilçisində yay transfer dövründə heyətdə ciddi yenidənqurma aparılır və klub uyğun təklif gələcəyi təqdirdə bir sıra futbolçularla yollarını ayırmağa hazırdır.

Badyaşil də satışa çıxarıla biləcək oyunçular sırasındadır.

“Napoli” 24 yaşlı fransalı müdafiəçinin transferi üçün danışıqları davam etdirir. “Çelsi” futbolçunun keçidindən ən azı 30 milyon avro gəlir əldə etməyi planlaşdırır. Hələlik Neapol klubunun bu məbləği ödəməyə hazır olub-olmadığı məlum deyil.

Fransalı müdafiəçi ötən mövsüm “Çelsi”nin heyətində 16 oyunda meydana çıxıb.

Həmin kateqoriyadan