- Baxış sayı: 35
- 13 Sentyabr 2026 23:54
- Baxış sayı: 81
- Sentyabr 13, 2026
- 0

“Real”ın futbolçudu Franko Mastantuono karyerasını İtaliya “A” Seriyasında davam etdirəcək.
Allsport.az xəbər verir ki, “Fiorentina” argentinalı vingeri icarəyə götürüb.
18 yaşlı oyunçu 2026/27 mövsümündə Florensiya təmsilçisinin formasını geyinəcək. Klublar arasındakı anlaşmada satınalma bəndi yer almayıb.
“Real” Franko Mastantuononu 2025-ci ilin yayında “River Pleyt”dən 45 milyon avroya transfer edib. Argentina millisinin üzvü “kral klubu”nun heyətində meydana çıxdığı 35 rəsmi matçda 3 qol vurub.